Yuxarı

Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər baş verən təbii fəlakətlər nəticəsində bölgələrə ciddi ziyan dəyib. Xüsusən də Quba-Xaçmaz regionunda dövlət və xüsusi əmlak zərər görüb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, təbii fəlakət zamanı bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib:

“Bir çox təsərrüfat məhv olub. Fermerlər ciddi sınaqla üzləşib. Bu da sözsüz ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla bağlı sığorta məsələsi həll olunmalıdır”.

Deputat bildirib ki, təbii fəlakətlərin qarşısını almaq və bundan zərər görən təsərrüfatlarla bağlı zəruri qərarların verilməsi vacibdir.

Tarix
2024.06.28 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Füzuli və Zəngilana yeni təyyarə qiymətləri...

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla