Yuxarı

Sabah Aİ-95 kəskin ucuzlaşır: Aİ-92 bahalaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, sabahdan Aİ-95 yanacağının kəskin ucuzlaşacağı gözlənilir.

Axar.az xəbər verir ki, bir müddət öncə Aİ-92 və dizel yanacağının isə qiymətinin isə artacağı haqda məlumat yayılmışdı.

Məsələni şərh edən millət vəkili Vahid Əhmədov isə bildirmişdi ki, Aİ-92 benzininin nisbətən balahaşması qarşılığında Aİ-95 benzininin ucuzlaşması mümkündür. Çünki Aİ-95 benzininin istehsalına artıq ölkəmizdə də başlanılıb.

V.Əhmədov qeyd etmişdi ki, xüsusilə Bakıda havanın çirklənməsində avtomobillərin rolu 70-80 faiz təşkil edir. Aİ-92 benzininin bahalaşması, ekoloji baxımdan daha az zərərli olan Aİ-95 benzinin isə ucuzlaşması nəticə etibarilə bu yanacaqlar arasında qiymət fərqini azaltmağa, sürücüləri daha keyfiyyətli benzindən istifadə etməyə təşviq məqsədi daşıyır.

Hazırda Aİ-92 1 manata, Aİ-95 isə 2 manatadır və aradakı ikiqat fərq bir çox sürücünü ucuz və keyfiyyətsiz benzindən istifadə etməyə məcbur edir.

Paralel olaraq Aİ-92 markalı benzinin qiymət artımının elektromobillərə keçidi də stimullaşdıracağı gözlənilir.

Bu baxımdan sabahdan Aİ-95 kəskin ucuzlaşacaqsa, Aİ-92 benzini bahalaşacaq.

Tarix
2024.06.30 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Video

Makron müxalifətçi baş nazirlə necə işləyəcək? - Brayza

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla