Yuxarı

Ağdərədə su anbarı tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Bəs, bu ərazilərə köçəcək vətəndaşların içməli su ilə təminatı necə olacaq?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-ə ərazilərə köçəcək əhalinin içməli su ilə təminatında heç bir problem olmayacağı bildirilib:

"Xocalı şəhərinin içməli su təminatında heç bir problem yoxdur. Subartezian quyusu qazılıb və əlavə olaraq Badara çayından 2.6 km məsafədə magistral su xətti çəkilib. Kərkicahan qəsəbəsinin də heç bir problemi yoxdur. Şəbəkənin qurulması Bakı Abadlıq Xidməti tərəfindən aparılır. Su mənbəyi və anbarı mövcuddur. Malıbəyli kəndində də içməli su ilə bağlı problem yoxdur.

Ağdərə rayonunun Umudlu kəndində də su mənbəyi var. Magistral su kəmərinin və anbarın tikintisi planlaşdırılır. Əhali köçənə qədər bu işlər tamamlanacaq. Qayıdış Planına əsasən ərazidə su problemi olmayacaq".

Tarix
2024.07.02 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

190 minə yaxın vətəndaş Rusiya ordusu ilə müqavilə bağladı

Müsavat Partiyası seçkilərlə bağlı qərarını verdi

Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

Ərdoğan Şuşaya öz yerinə onu göndərir

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla