Yuxarı

İtaliyada yolları su basdı, kəndlərlə əlaqə kəsildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.

Axar.az xəbər verir ki, aramsız leysan yağışları Valle De Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub.

Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle De Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib.

Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Tarix
2024.06.30 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Video

Makron müxalifətçi baş nazirlə necə işləyəcək? - Brayza

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla