Yuxarı

“Azərişığ”ın mütəxəssisləri mükafat qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib.

Axar.az xəbər verir ki, ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı “Azərişıq” ASC-nin “GreenAz” və “Azerlight” komandaları təmsil edib.

“GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında “Külək parkında olan boş ərazilərin istifadəsi”, “Azerlight” komandası “Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər. Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda “GreenAz” üçüncü, “Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.

Tarix
2024.07.02 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

Ərdoğan Şuşaya öz yerinə onu göndərir

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması...

Azərbaycan XİN ABŞ-ı təbrik etdi

İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla