Yuxarı

“Trendyol” Olimpiya Kolleksiyasını təqdim edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Azərbaycan, Almaniya, Mərkəzi və Şərqi Avropa ölkələri, eləcə də Körfəz dövlətlərində yaşayan azarkeşlər bu məhsulları “Trеndyol” tətbiqi vasitəsilə əldə edə biləcəklər.

İstanbul, 2 iyul 2024-cü il: Türkiyənin aparıcı e-ticarət və dünyanın ən qabaqcıl kommersiya platformalarından biri olan “Trеndyol” Paris-2024 Yay Olimpiya Oyunlarına həsr edilmiş Olimpiya Kolleksiyasını təqdim edib.

Olimpiya Kolleksiyasına köynəklər, polo köynəkləri, şortlar, donlar, hudilər, beysbol papaqları, panamalar, çimərlik dəsmalları və tote çantaları daxildir. Bu məhsullar “Trеndyol” platforması vasitəsilə Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Almaniya, Avstriya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstanda satışa çıxarılacaq.

İdman həvəskarları bu məhsulları həmçinin İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyinin mağazasından və Olimpiya Oyunlarının rəsmi onlayn mağazasından da əldə edə bilərlər. Bütün məhsullar Türkiyənin seçilmiş tədarükçüləri tərəfindən istehsal olunub və Olimpiya simvolları ilə bəzədilib.

“Biz Olimpiya Kolleksiyasını təqdim etməkdən böyük qürur duyuruq. Öz dizaynerlərimiz tərəfindən yaradılan və Türkiyə tədarükçülərinin istehsalı olan yüksək keyfiyyətli bu geniş məhsul çeşidi Türkiyə məhsullarını dünya səhnəsində tanıtmaq məqsədinə xidmət edir”, - deyə “Trеndyol Qrup”un prezidenti Çağlayan Çətin bildirib.

Olimpiya Kolleksiyası “Trеndyol”un keçən ilin dekabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə imzaladığı lisenziya müqaviləsinə əsasən hazırlanıb. Bundan əlavə, “Trеndyol” onun strateji investoru olan “Alibaba Group”un Qlobal Olimpiya Tərəfdaşlığı çərçivəsində, BOK-un “Elektron Ticarət Xidmətləri Tərəfdaşı” kimi Türkiyə və Avropa iqtisadi bölgəsində Olimpiya nişanları və təsvirlərindən istifadə etmək hüququnu qazanıb.

“Trеndyol” haqqında

Geniş məhsul çeşidi və özünün xüsusi “Trеndyol Collection” brendi altında müxtəlif malları təklif edən “Trеndyol” dünyanın aparıcı e-ticarət platformalarından biridir. 2010-cu ildə Türkiyədə təsis edilmiş şirkət Türkiyə, Almaniya, Azərbaycan, Körfəz ölkələri və Mərkəzi və Şərqi Avropa ölkələrində istifadəyə verilmiş yerli tətbiqlər vasitəsilə 250 000-dən çox satıcı və brendi 40 milyondan artıq müştəri ilə əlaqələndirir. Şirkət həmçinin tərəfdaş platformalar vasitəsilə “Trеndyol Collection” brendinin 100-dən çox ölkədə topdansatışını həyata keçirir.

Tarix
2024.07.02 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

Ərdoğan Şuşaya öz yerinə onu göndərir

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması...

Azərbaycan XİN ABŞ-ı təbrik etdi

İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla