Yuxarı

Prezident sərəncamı: Pensiya artımları kimlərə şamil olunacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

O bildirib ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur:

“Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu, həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq.

Qeyd edək ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.

Tarix
2024.07.02 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

Ərdoğan Şuşaya öz yerinə onu göndərir

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması...

Azərbaycan XİN ABŞ-ı təbrik etdi

İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla