Yuxarı

ABŞ Putini qıcıqlandırmamaq üçün bizi dəvət etmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya Prezidenti Vladimir Putini qıcıqlandırmamaq üçün Ukraynanın NATO-nun növbəti sammitinə dəvət edilməsinin tərəfdarı deyil.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində bildirib.

Zelensikinin sözlərinə görə, bu gün Ukraynanın NATO-ya üzvlüyü nə hazırkı Prezident Bayden, nə də ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən dəstəklənir.

“Biz başa düşürük. Ağ Ev bizlə bu barədə açıq danışır. Hər iki tərəfin fikirlərini bilirik və bu, onu deməyə əsas verir ki, bu gün hamı Ukraynanı NATO-da görmür”, - Zelenski vurğulayıb.

Lakin Amerikanın bu siyasətini dəstəkləmədiyini diqqətə çatdıran Ukrayna prezidenti bunu geriyə gedən yol hesab edib.

Qeyd edək ki, iyulun əvvəlində Vaşinqtonda NATO-nun 75-ci sammiti keçiriləcək və burada Ukrayna da gündəmdə olacaq. Kiyev bu sammitdə Alyansa siyasi dəvət almaq istəyirdi, lakin ABŞ bunun baş verməyəcəyini açıq şəkildə bildirib.

Tarix
2024.06.30 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Video

Makron müxalifətçi baş nazirlə necə işləyəcək? - Brayza

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla