Yuxarı

ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Vaşinqton Ermənistana təsir edib, hətta onu oyuncaq edə bildiyi halda Azərbaycana qarşı eyni siyasəti tətbiq edə bilməyəcəyindən narahatdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı”ya müsahibəsində ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfərini şərh edərkən deyib.

“Təbii ki, ABŞ dövlət katibinin köməkçisinin Bakıya səfəri Vaşinqtonun Azərbaycana hansısa yollasa təsir etmək üçün növbəti cəhdi olacaq. Təzyiq yolu ilə deyilsə, iqtisadi təkliflərlə. ABŞ Azərbaycanı Mərkəzi Asiyadan malların daşınması üçün əla bir məntəqə kimi görür. ABŞ hər şeyi elə təqdim edir ki, guya onlar həqiqətən Cənubi Qafqazda sülh, Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlıq istəyir. ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Vaşinqton sülh sazişinin imzalanmasına öz maraqlarına xidmət edəcək imkan kimi baxır. ABŞ Ermənistan-Azərbaycan məsələsində ikili oyun oynayır. Gah Azərbaycanı tənqid edir, gah da Bakıya münasibətləri yeniləməyi təklif edir, eyni zamanda Ermənistanla birgə hərbi əməkdaşlıq barədə razılığa gəlir, təlimatçılarını göndərir”, - o bildirib.

Fenenko Qərbin Azərbaycandakı vəziyyəti daxildən sarsıdan ssenarisinin mümkünlüyünü qeyri-real hesab edir:

“Rəngli inqilab təşkil etmək üçün güclü müxalifət lazımdır. Qeyd edək ki, rəngli inqilablar olan yerdə güclü millətçi müxalifət var idi. Halbuki Azərbaycanın çox güclü, qüdrətli hökuməti var. Azərbaycanın Qarabağda qələbəsindən sonra hakimiyyət əleyhinə hansı hərəkat ola bilər? Heç bir. ABŞ Bakıya təzyiq edə bilməyəcək. Bundan əlavə, Amerika nümayəndəsinin Bakıda danışıqlar aparmaq üçün ölkəyə səfəri və üstəlik, Vaşinqtonun tamamilə fərqli məqsədləri əhatə etsə də, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyi, əslində Ermənistana bir nümayişdir ki, İrəvan tam şəkildə Rusiyaya qarşı getməsə, o zaman Qərb tərəfdaşları ona verdiyi vədləri yerinə yetirməyi gecikdirə və ya bəzi məsələlərdə Azərbaycanın tərəfini tuta bilər. Amma bütün bunlar təbii ki, siyasi taktika və oyundur”.

Tarix
2024.06.28 / 12:23
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Bakıdan Füzuli və Zəngilana yeni təyyarə qiymətləri...

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla