Yuxarı

Dağıstan olayı Rusiyanı silkələdi: böyük narahatlıq var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstandakı hadisə böyük narahatlıq yaradır. Nəzərə alaq ki, Dağıstan çoxmillətli respublikadır və o, hər zaman Qərb kəşfiyyatının, eləcə də beynəlxalq terror təşkilatlarının diqqət mərkəzində olub.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Baku TV-yə iyunun 23-də Dağıstanda baş verən terror aktlarını şərh edərkən deyib.

“Mahaçqala və Dərbənddəki hadisə göstərir ki, Dağıstanda sıralarına beynəlxaq terrora meyilli olan yerli şəxsləri cəlb edən və xüsusi hazırlanmış beynəlxaq şəbəkə yaradılıb. Bu ərazilərdə baş verənlər, müqəddəs yerlərə - pravoslav kilsəsinə, qinaqoqa hücum cəhdləri birbaşa regionda vəziyyəti destabilləşdirməyə yönəlib. Bu, həm də Şimali Qafqazda ikinci cəbhə yaradıb, onu genişləndirmək cəhdidir. Unutmayaq ki, Qərb analoji addımları Cənubi Qafqazda da atır. Bunun arxasında isə Fransa və ABŞ kimi oyunçular dayanır.

Dağıstandakı hadisələrə gəlincə, kəşfiyyata və güc strukturlarına yaxın olan bir neçə rusiyalı mütəxəsisin fikrincə, bu, həm də Britaniya kəşfiyyatının Rusiya ərazisində vəziyyəti gərginləşdirmək cəhdləridir. Yaxın zamanda FTX və polis əməkdaşları vəziyyəti nəzarətə alacaq. Amma hər şeyi dəqiqliklə etmək lazımdır ki, regionda oxşar hadisə bir daha təkrarlanmasın”, - o bildirib.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə baş verən teraktlarda ən azı 15 polis, 4 mülki şəxs ölüb.

Tarix
2024.06.24 / 14:05
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sülh sazişinin bəzi bəndləri açıqlandı

Əmin olmaq istəyirik ki, Bakının niyyəti... - Paşinyan

Vüsal Məmmədov işdən çıxarıldı

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla