Yuxarı

İstanbul danışıqları Putinin istədiyi kimi gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin müdafiə naziri Rüstəm Umerovu İstanbulda aşağı səviyyəli Rusiya nümayəndə heyəti ilə görüşə göndərmək qərarı çətin, lakin zəruri bir seçim olub. Bu görüşün əsas hədəfi yalnız bir şəxsdir – ABŞ Prezidenti Donald Tramp.

Axar.az xəbər verir ki, bu fikri britaniyalı ekspert Nik Paton Uolş bildirib.

Onun sözlərinə görə, Ukrayna göstərmək istəyir ki, müharibənin sülh yolu ilə həlli üçün lazım olan hər bir addımı atmağa hazırdır. Əks halda, Tramp Rusiya Prezidenti Vladimir Putinə daha da rəğbətlə yanaşmağa başlaya bilər.

O hesab edir ki, nəticədə sülh prosesi məhz Rusiyanın istədiyi şəkildə – yavaş və Kreml tərəfindən planlaşdırılaraq irəliləyir. Ukrayna və Avropa müttəfiqləri qeyd-şərtsiz 30 günlük atəşkəs tələb etdiyi halda Putin və Tramp danışıqlara münasibətlərini açıq şəkildə nümayiş etdirirlər.

Uolş qeyd edib ki, Kreml nə yeni sanksiyalardan, nə də Avropa təzyiqlərindən qorxur. Trampın təhdidləri də Putinə təsir etmir.

Onun sözlərinə görə, Tramp və Putin arasında ikitərəfli görüş yaxın vaxtlarda baş tuta bilər.

Tarix
2025.05.16 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla