Zaur Kamalın oğlu yenidən efirə qayıtdı
12:47
| Ana səhifə Siyasət |
|
Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.
Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.
Səfər mayın 19-da başa çatacaq.
|
Tarix
2025.05.15 / 15:56
|
Müəllif
Axar.az
|