Yuxarı

Bəzi ərazilərə leysan yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi ərazilərə leysan yağdı

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Düşən yağıntının miqdarı Balakəndə 36, Zaqatalada 34, Qaxda 24, Yardımlı və Şəkidə 18, Tovuzda 13, Lerikdə 12, Cəlilabadda 11, Lənkəran, Ağstafa, Oğuz, Qəbələ, Şahbuz, Neftçala, Biləsuvar, İsmayıllı, Gədəbəy, Şərur, Xaltan, Şəmkir, Biləsuvar, Sədərək, Daşkəsən, Ordubad, Altıağac, Ceyrançöl, Şamaxı, Astara, Quba, Qobustan, Culfa, Naxçıvan, Sabirabad, Kürdəmir, Şabran, Qusar, Naftalan, Gəncə, Göygöl, Xaçmaz, Xaltan, Qrız, Şahdağ, Tərtər, Yevlax, Göyçay, İmişli, Şirvan, Ağdam, Cocuqmərcanlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağ, Yardımlı və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-yə çatır.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 10, Aran rayonlarında 13, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.

Tarix
2025.05.16 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla