Yuxarı

Baş prokuror itkin düşən Rasimlə bağlı göstəriş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya zərəçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib. Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar:

“Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun İstintaq İdarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.

Tarix
2024.05.23 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İlk dəfə deyirəm: Məğlubiyyəti qələbəyə çeviririk – Paşinyan

Şuşa xəstəxanasının tikinti prosesindən yeni - Video

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Hüseyn Həsənovun 4 bank hesabı bloklandı - Səbəb

Üç dövlət şüarı ilə daim bərabərik - Tatar

Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan

Ermənistan Ukrayna sülh sammitinə qatıldı

Azərbaycan tarixində mühüm dönüş nöqtəsi... - Altun

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla