Yuxarı

Boşanmaları məhkəmələrdən almaq lazımdır - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boşanmaları məhkəmələrdən almaq lazımdır - Deputat

Mübahisəsiz boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə edə bilərik.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bir çox halda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur:

“Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi, boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq”.

Deputat nikah müqaviləsini icbari formata salmağı da təklif edib:

“Necə ki nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyəti icra orqanına təqdim edilməlidir. Bunun üçün tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Üstəlik, nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə tutmanın digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün birbaşa iradəsinə bağlamalıyıq. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısını ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.

Tarix
2024.05.24 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla