Yuxarı

4 kəndi Prezidentə məruzə edən general kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl general-mayor Vüsal Sultanov Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

Axar.az xəbər verir ki, Vüsal Eynulla oğlu Sultanov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisidir.

Aprel - Dördgünlük müharibə və Tovuz döyüşlərində də iştirak edib.

V.Sultanov Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı”, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Vüsal Sultanovla bağlı ilginc fakt Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik etməsidir. Sultanov oktyabrın 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb.

O, son döyüşündə ağır yaralanmışdı.

Tarix
2024.05.24 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla