Yuxarı

Əli Nağıyev Bişkekdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Axar.az xəbər verir ki, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub.

Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilib, ətraflı müzakirələr aparılıb və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

Tarix
2024.05.25 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan

Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi...

Araz Ağalarov zərərçəkmiş kimi tanındı

Əliyevdən Xameneiyə: Buna nail ola bilərik!

İlham Əliyev Pezeşkiana məktub göndərdi

Valuyevin Bakıya qarşı sözü onu bitirəcək - Mixaylov

İlham Əliyev Paşinyanla görüşə bilər

Paşinyan elə silahlar alıb ki... - Bakıdan cavab

Ərəbistan nefti bahalaşdırır: Bizə təsiri olacaq?

Tehranın Bakıya siqnalından İrəvan necə də məmnundur…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla