Yuxarı

Kirayənişinlərin nəzərinə: Bu halda təzminat ödəyəcəksiniz!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xırdalanda yaşayış binasında baş verən yanğın kirayənişinlərlə bağlı daha bir problemi gündəmə gətirdi. 10 nəfər bina sakininin təxliyə edildiyi hadisəyə səbəbkarın alt mərtəbədəki qonşu olduğu bilindi. Sakinlərdən biri yerli mediaya açıqlamasında “kimə gəldi evi kirayə verirlər və dəymiş zərərin kim tərəfindən qarşılanacağı müəmmalıdır”, deyərək narazılığını bildirdi.

Maraqlıdır, kirayə verilən evlərdə bədbəxt hadisə olduğu təqdirdə, dəyən zərər kim tərəfindən qarşılanmalıdır? Bu məsələ necə tənzimlənir?

Axar.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Globalinfo.az-a açıqlamasında hər kəsin öz evini sığortalamalı olduğunu bildirib:

“Bununla bağlı sığorta müqaviləsi var və bunun əsasında hər bir vətəndaş öz evini sığortalaya bilər. Bədbəxt hadisələrdən qorunmaq üçün yalnız bu vasitə ilə hər hansı bir ziyan dəydikdə sığorta tərəfindən bu vəsaitin ödənilməsi təmin edilir, yəni illik 50 manat icbari sığorta ilə 25 min manata qədər ziyan qarşılanır. Ziyan 25 mindən yuxarı olduqda isə bununla bağlı müvafiq icra qurumları və ya məhkəmə tərəfindən qərar çıxarılarsa, bilavasitə günahkar olan şəxs dəyən zərəri ödəməlidir. Kirayənişin və ya ev sahibinin zərəri ödəməsi məsələsinə gəldikdə isə burada günahkar şəxs kirayənişin olduğu üçün onun tərəfindən dəyən ziyan qarşılanmalıdır. Bunların hamısı isə kirayə müqaviləsində öz əksini tapır. Dəymiş ziyanın ödənilməsi birbaşa icarədarın üzərinə düşür. Ona görə də vətəndaşlar evini kirayə verərkən mütləq qaydada müqavilələr bağlamalıdırlar. Burada isə hər hansı baş verəcək halların sığortalanması üçün tərəflərin məsuliyyəti mütləq olaraq qeyd edilməlidir”.

Tarix
2025.02.11 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla