Yuxarı

Bu gecə Azərbaycanda Super Ay hadisəsi müşahidə olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gecə Azərbaycanda Super Ay hadisəsi müşahidə olunacaq

Bu gecə Azərbaycan ərazisində Super Ay müşahidə olunacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, ilin ikinci Super Ay hadisəsidir.

Təbii hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür.

Qeyd edək ki, Super Ay prosesi dekabrın 4-ü saat 15:07-də başlayıb. Bu zaman Ay Yerə ən yaxın məsafədə-perigeydə (356 min 961 km) olub. Yerin təbii peyki həm də dekabrın 5-də gecə saat 03:15-də tam Ay fazasında olacaq.

Məlumat üçün bildirək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.

Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.

Tarix
2025.12.05 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla