Yuxarı

Bu şirkət “Lukoyl”un Azərbaycandakı payını almağa çalışır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkət “Lukoyl”un Azərbaycandakı payını almağa çalışır

Macarıstanın MOL şirkəti ABŞ rəsmilərinə Rusiyanın sanksiyalar altında olan neft nəhəngi "Lukoyl"un beynəlxalq səhmlərini almaqda maraqlı olduğunu bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

Birləşmiş Ştatlar Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərmək cəhdləri çərçivəsində oktyabr ayında Rusiyanın ən böyük özəl neft istehsalçısına qarşı sanksiyalar tətbiq edib və bu, "Lukoyl"un beynəlxalq səhmlərinin satışını elan etməsinə səbəb olub.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton İsveçrə əmtəə treyderi "Gunvor"u alıcı kimi rədd etdikdən sonra "Lukoyl" ABŞ-ın dekabrın 13-nə təyin etdiyi son tarixdən əvvəl "Exxon Mobil" və "Chevron", eləcə də Yaxın Şərq investorları ilə danışıqlar aparır.

"Lukoyl"un Vyanada yerləşən beynəlxalq biznesi Avropada neft emalı zavodlarına malikdir, Qazaxıstan, Özbəkistan, İraq və Meksikadakı neft yataqlarında, eləcə də dünyada yüzlərlə pərakəndə yanacaqdoldurma məntəqələrində paylara malikdir.

MOL neft-qaz şirkəti "Lukoyl"un Avropadakı neft emalı zavodlarını və yanacaqdoldurma məntəqələrini, habelə Qazaxıstan və Azərbaycanda istehsal aktivlərindəki payları almaq istəyir.

Tarix
2025.12.05 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla