Yuxarı

Nazirlik bu universiteti cərimələdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu universiteti cərimələdi

Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsində yerləşən Xəzər Universitetinin (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilmədiyi müəyyən edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş protokolla cərimələnib.

Yoxlama zamanı universitetin 43 əməkdaşına aid əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün qurum universitetə 3 iş günü vaxt verib. Lakin müəyyən olunmuş müddətdə tələb yerinə yetirilmədiyi üçün Xəzər Universiteti İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə olunub.

Nizami Rayon Məhkəməsi protokola əsasən cəriməni qüvvədə saxlayıb. Lakin universitet qərarla razılaşmadığını bildirib.

Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən 3 günlük müddət ərzində işçilərin əksəriyyəti məzuniyyətdə olub. Həmçinin universitetin mövqeyinə görə, işçilər məzuniyyətdə olmasa belə, 43 əmək müqaviləsinin cəmi 3 gün ərzində elektron sistemə daxil edilməsi texniki baxımdan mümkün deyil.

Məhkəmə universitetin bu izahını əsaslı saymayıb.

Tarix
2025.12.05 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla