Yuxarı

Kosmosdakı 5 sm-lik peykimiz nəyə yarayır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kosmosdakı 5 sm-lik peykimiz nəyə yarayır?

“PocketQube” standartı peyk mühəndisliyində tendensiyanın ən qabaqcıl nümunələrindən biridir. Ölçünün 5x5x5 sm olması iki əsas məqsədə xidmət edir: birincisi, kosmosa çıxarılma xərcini kəskin azaltmaq, ikincisi isə gənc mühəndislərə və təhsil layihələrinə real kosmik test imkanları yaratmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov məktəblilər tərəfindən hazırlanmış “Azərbaycanın Zəfəri” peykinin orbitə çıxarılmasından danışarkən deyib.

Onun sözlərinə görə, bu ölçüdə mini-peyklər böyük missiyalar üçün nəzərdə tutulmasa da, telemetriya, sensor məlumatlarının toplanması, siqnal ötürülməsi və texnoloji sınaqlar kimi istiqamətlərdə tam funksional şəkildə işləyə bilir:

“PocketQube” platformaları adətən “texnoloji demo” rolunu oynayır və yeni sensorların, enerji idarəetmə sistemlərinin, kommunikasiya modullarının kosmik mühitdə sınaqdan keçirilməsi üçün ideal hesab olunur. Belə peyklər orbitdə Yerə sadə məlumat ötürülməsi, kosmik radiasiyanın ölçülməsi və atmosferin yuxarı qatlarının monitorinqi kimi praktiki funksiyaları yerinə yetirməklə kosmik laboratoriya rolunu oynayır”.

Ekspert bildirib ki, “PocketQube” tipli peyklərin inkişafı Azərbaycan üçün strateji baxımdan iki mühüm istiqamətə xidmət edir:

“Birincisi, ucuz və çevik peyk platformaları gələcəkdə daha böyük və mürəkkəb missiyaların hazırlanması üçün tələb olunan insan kapitalını formalaşdırır; ikincisi isə ölkənin öz kiçik peyk ekosistemini yaratmaqla müdafiə, müşahidə, elm və təhsil sahələrində yerli texnoloji həllərin inkişafına şərait yaradır”.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə məktəblilər tərəfindən hazırlanmış “Azərbaycanın Zəfəri” adlı “PocketQube” tipli peyk “SpeysX” şirkətinin “Falcon 9” raketi ilə orbitə buraxılıb.

Tarix
2025.12.05 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla