Yuxarı

Bakı sakinlərinin diqqətinə: Bu tarixdə unudulmaz mənzərə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sakinlərinin diqqətinə: Bu tarixdə unudulmaz mənzərə...

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

Bu barədə Axar.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.

"Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.

Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.

Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir bir fenomendir. Bu asteroid 1983-cü ildə kəşf edilib. 3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.

Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ - dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.

Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.

Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq", - deyə Astrofizika kafedrasından bildirilib.

Tarix
2025.12.04 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla