Yuxarı

İşdən çıxarılan neftçilərin ev növbəsi necə olacaq? - Münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən çıxarılan neftçilərin ev növbəsi necə olacaq? - Münasibət

"Söhbət idarənin birləşdirilməsindən gedirsə, heç kimin o qurumlarda çalışanları işdən çıxarmağa ixtiyarı yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən, işəgötürən dəyişdikdə işçilərin ixtisarı mümkün deyil. Bu, Əmək Məcəlləsinə ziddir və qanun pozuntusudur. Əvvəlki işə götürənlə bağlanmış müqavilə və onun şərtləri qüvvədə qalır".

Bu sözləri "Axar.az"a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı dedi. O bildirdi ki, həmin işçilərin çalışdığı departamentlər, qazma quyuları ən pis halda idarənin strukturundan çıxarılır:

"Yəni ki, onlar ləğv edilmir. Sadəcə olaraq, bir idarənin balansından başqa bir idarənin balansına keçir. Çalışdıqları qurumlardan ərizə ilə işdən çıxdıqları kimi, başqa ərizə ilə də yeni idarələrdə işə qəbul olunacaqlar. Köhnə iş yerlərindəki imtiyazlarını və güzəştlərini saxlamaqla onlar yeni idarədə çalışmalıdırlar. Əgər onların yeni idarədə işə qəbul olunmasında hər hansı bir problem çıxsa, ya imtiyaz və ya güzəştlərindən yararlana bilməsələr, bizim mərkəzə və ya şəxsən mənə müraciət etsinlər".

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kütləvi ixtisarlar davam edir. İxtisasların indiki hədəfi Neft İstismarı və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələridir. Həmin idarədə çalışan işçilərin bir çoxu ev növbəsindədir və onların işdən çıxarılacaqları təqdirdə bu məsələnin necə həll olunacağından narahatdırlar.

Tarix
2014.02.10 / 22:15
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla