Yuxarı

Şəhid övladlarının “Məzun günü” keçirilib!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladlarının “Məzun günü” keçirilib!

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, PAŞA Həyat Sığorta ASC-nin dəstəyi və “LIBRAFF” kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə 12 iyun tarixində bu il orta məktəbi müvəffəqiyyətlə bitirərək məzun olan 40 şəhid övladı üçün “Məzun günü” tədbiri təşkil olunub.

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. “Həyatınızın bütün mərhələlərində atacağınız addımlar zamanı biz hər zaman sizin yanınızda olacağıq” – deyə S.Orucova qeyd edib.

PAŞA Həyat Sığorta ASC-nin Korporativ Kommunikasiyalar üzrə rəhbəri Vəli Məmmədov da çıxışında məzun şəhid övladlarını təbrik edib və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən qəhrəman şəhidlərimizin həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxışında şəhid övladlarının Azərbaycan xalqına və Vətənə əmanət olduqlarını söyləyib: "Şəhid övladları bizə əmanətdir. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".

Tədbirdə iştirak edən digər millət vəkilləri Fatma Yıldırım, Ceyhun Məmmədov və Tahir Mirkişili də məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da çıxışında şəhid övladlarına göstərilən diqqətin hər birimiz üçün mənəvi borc olduğunu bildirib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova, tanınmış müğənni Günay İbrahimli və “Star Band” qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.

Tədbirin sonunda məzun şəhid övladlarına “LIBRAFF” kitab mağazaları şəbəkəsi tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Tarix
2024.06.13 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla