Yuxarı

Qətlə yetirilən kapitanla bağlı diqqətçəkən xatirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətlə yetirilən kapitanla bağlı diqqətçəkən xatirə

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib və 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Axar.az xəbər verir ki, jurnalist Məğrur Salmanov qətlə yetirilən polislərdən biri – polis kapitanı Eldəniz Məmmədovun xarakterini üzə çıxaran bir xatirəsini paylaşıb.

O bildirib ki, Eldəniz Məmmədovla qonşu olublar. Zəhmli görünməyinə baxmayaraq, onu mehriban adam kimi tanıdığını deyən M.Salmanovun sözlərinə görə, bir dəfə maşınını Eldəniz Məmmədovun maşınının arxasında saxlayıbmış. Səhər tezdən işə getmək üçün gələn E.Məmmədov isə qonşusunu yuxudan qaldırmaq istəməyib, həmin gün işə taksi ilə gedib.

Qonşularına qarşı xüsusi diqqəti və həssaslığı ilə seçilən Eldəniz Məmmədov məhəlləni işıqlandırmaq üçün projektor da alıbmış və onu öz sayğacına qoşdurubmuş.

Tarix
2024.06.24 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla