Yuxarı

Fomin Rusiya-Azərbaycan hərbi əməkdaşlığından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Azərbaycanın müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət durmadan inkişaf edir və bu, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Axar.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda deyib.

A.Fomin qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik sıx dostluq və ümumi qəhrəmanlıq tarixi birləşdirir:

“Qədim zamanlardan vətəni müdafiə etmək şərəfli və eyni zamanda müqəddəs vəzifə hesab edilib. Ürəklərinin çağırışına əməl edərək özünü çətin bir sənətə həsr edən insanlar həmişə hörmətə layiq görülüb və örnək olublar. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan müstəqil xarici siyasəti olan dövlətdir. Silahlı qüvvələrdə xidmət təkcə şərəfli vəzifə deyil, həm də məsuliyyətdir.

Qeyri-sabit beynəlxalq vəziyyətdə istənilən dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi məsələləri ön plana çıxır. Bu gün sizi Rusiya Müdafiə Nazirliyi və nazir adından bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram”.

Tarix
2024.06.27 / 00:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

Risk artır: Türkiyə III Dünya savaşına hazırlaşır - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla