Yuxarı

Bilgəh sahili tullantılardan təmizləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, “Facility Management Group” şirkəti, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalı, “Coca Cola” şirkəti, “EcoHub” ekoloji platforması nümayəndələri, eləcə də ekokönüllülərin iştirakı ilə baş tutuan tədbir zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.

Tarix
2024.06.29 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan sülhü böyük imkanlar yaradacaq - Blinken

Bakıdan erməni ordusuna xəbərdarlıq: Qadağan edildi!

Əgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”

Bayramov İsrail Katzla danışdı

Sülh sazişinin başlıca şərti... - Əliyev

Qayıdış hüququ onlara da şamil edilməlidir - Prezident

Prezidentdən sülh müqaviləsi ilə bağlı sevindirici açıqlama

Ermənistanla ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük

Əskipara yaxınlığındakı yeni mövqeyimiz - Video

Prezidentdən dövlət büdcəsi ilə bağlı - Fərman

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla