Yuxarı

Doğma çay “Azərçay” tanıtım sərgisinə tərəfdaşlıq etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri də “Azərçay”dır.

Axar.az xəbər verir ki, 24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Ənənəsinə sadiq qalan doğma çay markası sərgiyə gələn qonaqları çay süfrəsinə qonaq edib.

Həmçinin 3 gün davam edən tədbirin qonaqlarına milli çay markası haqqında məlumat verilib.

Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.

Eyni zamanda “Azərçay” markası həyata keçirilən bu kimi tədbirləri dəstəkləyir.

Tarix
2024.07.01 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla