Yuxarı

Daha bir uşaq futbol komandası formalaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il Azərbaycanda ikinci dəfə “Real Madrid Foundation Azerbaijan Clinic” proqramını həyata keçirib.

“Sabis Sun International School”un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə Visa, Epoint şirkətləri də dəstək verib.

Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 250 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. “Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən "Real Madrid Foundation World Challenge" turnirində təmsil edəcək.

Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 16 ölkənin komandaları arasında ən güclülərdən olub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2024.07.03 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranın ən yeni tarixində ilk: Azərbaycanlı prezident seçilir - Rəsmi

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Orban Füzuliyə gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla