Yuxarı

Çin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

Bildirilib ki, tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.

Tarix
2024.07.03 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk əsri Şuşada başlayır: Əliyev tarixi səhifə açır

İranın ən yeni tarixində ilk: Azərbaycanlı prezident seçilir - Rəsmi

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla