Yuxarı

“Freedom House”un hesabatının məqsədi budur - İcma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq uzun müddətdir özünü radikal erməni diasporasının muzdlu çarçısına çevirmiş “Freedom House” 2024-cü il iyulun 1-də növbəti antiazərbaycan hesabat dərc etmişdir. Hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur.

"Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər.

Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşmüşdür", - bəyanatda vurğulanıb.

Tarix
2024.07.01 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla