Yuxarı

Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Dəmir Yolu Qrupu Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib.

Axar.az Çin Dəmir Yolu Qrupunun məlumatına istinadla xəbər verir ki, qatarlar həftədə bir dəfə hərəkət edəcək.

Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.

Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Bir kəmər və bir yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.

Tarix
2024.07.03 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk əsri Şuşada başlayır: Əliyev tarixi səhifə açır

İranın ən yeni tarixində ilk: Azərbaycanlı prezident seçilir - Rəsmi

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla