Yuxarı

Boksçularımız erməni himninə niyə etiraz etdi? – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yarışlarda hər bir kəs idmançıdır və medallar uğrunda mübarizə aparır. Azərbaycanı təmsil edən boksçular yeniyetmə yaşındadırlar və görünür ki, bu səbəbdən emosiyalara qapılıblar.

Bu sözləri Axar.az-a açıqlamasında Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində idmançılarımızın Ermənistan himni çalınan zaman kürsünü tərk etmələri ilə bağlı deyib.

“Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində baş verən hadisədə rəqibin kimliyi və hansı ölkəni təmsil etməsi önəmli deyil. Komandamız Vətənə döndükdən sonra komanda üzvləri ilə görüşüb, maarifləndirici söhbətlər aparacağıq”, - Hümmətov bildirib.

Qeyd edək ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində Ermənistan himni çalınan zamanı idmançımız Aylin Nəzərova nümayişkaranə şəkildə fəxri kürsünü tərk edib, digər idmançımız Nihat Qasımov da Ermənistanın himinə etiraz olaraq, arxasını çevirib.

Tarix
2024.07.01 / 20:19
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla