Yuxarı

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə vətəndaşlarına müraciət edib.

Axar.az xəbər verir ki, Astana, Almatı, Karaqanda və Kökşetau sakinlərinə xəbərdarlıq edilib ki, Astanaya sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq edilir.

Qurumdan bildirilib ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.

Məlumata görə, antiterror əməliyyatlarının keçirilmə zonalarında fiziki şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Mühafizə olunan şəxslərin xüsusi marşrut üzrə hərəkət etdiyi ərazilərdə şəhər sərnişin nəqliyyatının hərəkəti dayandırılacaq.

Tarix
2024.07.01 / 20:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN sözçüsü üçtərəfli görüşü şərh etdi

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla