Yuxarı

Bakının bu küçəsində maşınların hərəkəti məhdudlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək) aparılan əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - agentlikdən bildirilib.

Tarix
2024.07.01 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla