Yuxarı

Londonda məşq zamanı hərbi atlar küçələrə qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayından bəri ikinci dəfədir ki, hərbi atlar məşq zamanı qaçaraq Londonun mərkəzi küçələrini qarışdırıblar.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bazar ertəsi səhər saatlarında məşq edərkən Məişət Süvari Alayından üç at qaçıb. Bildirilir ki, Britaniya ordusu və şəhər polisi tərəfindən qısa müddət ərzində atlar alaya geri qaytarılıb. Atlardan biri yaralansa da, hərbçilərdən xəsarət alan olmayıb.

Qeyd edək ki, bu ilin aprelində də Londonda Bukingem sarayı ətrafında məşq edən süvari birliyindən beş at qaçmışdı. O zaman atlar küçədən keçən dörd nəfəri yaralamışdı.

Tarix
2024.07.01 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Azərbaycan XİN Belarusu təbrik etdi

KİV: Anklavlar qaytarılır, dəhliz açılır - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla