Yuxarı

Qalibafdan Pezeşkiana qarşı çağırış!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentliyinə namizəd və ölkə parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Məsud Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəliliyə dəstək verib.

Axar.az xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib.

Qalibaf Məsud Pezeşkianın özünə hörmətlə yanaşdığını, ancaq onun ətrafında olanlardan arxayın olmadığını deyib.

"İnqilabçı qüvvələr və onların tərəfdarlarından xahiş edirəm ki, İnqilab Cəbhəsinin namizədi kimi Səid Cəlilinin gələcək hökumət başçısı olmasına çalışsınlar", - Qalibaf çağırış edib.

O, Məsud Pezeşkianı ölkənin bir çox siyasi və iqtisadi problemlərinə səbəb olan siyasi cərəyanın nümayəndəsi adlandırıb.

Qeyd edək ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901 səslə birinci yerdədir.

Onun rəqibi Səid Cəlili isə 9 473 298 səslə ikinci yerdə qərarlaşıb.

Məğlub namizəd və Pezeşkiana qarşı çağırış edən Məhəmməd Bagir Qalibaf cəmi 3 383 340 səs toplaya bilib.

Seçkinin ikinci turu 5 iyulda keçiriləcək.

Tarix
2024.06.29 / 16:03
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Bayramov İsrail Katzla danışdı

Sülh sazişinin başlıca şərti... - Əliyev

Qayıdış hüququ onlara da şamil edilməlidir - Prezident

Prezidentdən sülh müqaviləsi ilə bağlı sevindirici açıqlama

Ermənistanla ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük

Əskipara yaxınlığındakı yeni mövqeyimiz - Video

Prezidentdən dövlət büdcəsi ilə bağlı - Fərman

Delimitasiya müzakirəsi: Proses tezliklə başa çatdırılacaq

TDT-nin Şuşadakı qeyri-rəsmi sammitinin dəqiq tarixi

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla