Yuxarı

Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Axar.az xəbər verir ki, daha əvvəl Bəşir Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.

Daha sonra Prezident İlham Əliyevin müavfiq sərəncamı ilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Məlumata görə, Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib.

2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda “Balion Group” şirkətinin təsisçisidir. Hazırda həmin şirkətə Bəşir Hacıyevin qardaşı Vüqar Hacıyev rəhbərlik edir. Onu da bildirək ki, Vüqar Hacıyev tanınmış teleaparıcı, Hacı Nuran kimi tanınnan Nuran Hüseynovun köməkçisi olub.

Tarix
2024.07.01 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Azərbaycan XİN Belarusu təbrik etdi

KİV: Anklavlar qaytarılır, dəhliz açılır - Video

Novruzov təkzib etdi: Bu xəbər mənə qarşı təxribatdır!

Əliyevlə Putin belə görüşdü - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla