Yuxarı

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Lili Minasyan ATƏT Parlament Assambleyasının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı deyib.

Ermənistan-Azərbaycan münasibətlərindəki son hadisələrdən danışan L.Minasyan bildirib ki, bu ilin aprelində Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başlayıb və bu, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən müsbət qarşılanıb. Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə ən yüksək səviyyədə razılığa gəliblər.

Deputatın sözlərinə görə, Ermənistan bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadratkilometrdən artıq ambisiyaya malik deyil. Ermənistan Respublikası Azərbaycanın Qazax vilayətinin dörd kəndində və Ermənistanın Tavuş vilayətində sərhədlərin müəyyənləşdirilməsi prosesini həyata keçirmək təşəbbüsü ilə bu yanaşmanı praktiki olaraq sübut edib.

“Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi müəyyən edilib. Ümid edirik ki, bütün sərhəd boyu demarkasiya prosesi ardıcıl olacaq və bütün mübahisəli məsələlər dinc danışıqlar yolu ilə həll ediləcək”, - deyə L.Minasyan vurğulayıb.

Tarix
2024.07.01 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Azərbaycan XİN Belarusu təbrik etdi

KİV: Anklavlar qaytarılır, dəhliz açılır - Video

Novruzov təkzib etdi: Bu xəbər mənə qarşı təxribatdır!

Əliyevlə Putin belə görüşdü - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla