Yuxarı

Üç kəndlə əlaqə kəsildi: sakinlər köməksiz qalıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllının Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.

O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil:

"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimançayın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.

Hazırda yağışlı hava şəraiti davam etməkdədir".

Tarix
2024.06.27 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla