Yuxarı

“Bakcell” Şuşada yeni mağazasını təqdim etdi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakcell”in yeni brend strategiyasına uyğun innovativ mağazasının açılışı bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutdu. Yeni açılmış Şuşa mağazası Laçın və Xankəndi filialları ilə birlikdə “Bakcell”in Qarabağ bölgəsindəki sayca 3-cü mağazasıdır.

"Hədəfimiz, yeni brend kimliyimizi təqdim edərkən abunəçilərimizə verdiyimiz vədə sadiq qalmaqdır. Odur ki, biz, bundan sonra da innovasiya və yeni məhsullarımızı Azərbaycanın hər bir bölgəsində, xüsusən də, Qarabağda təqdim edəcəyik. Məsələn, biz ötən ay abunəçilərimizə ölkədəki ən sürətli sabit ev internetini təqdim etdik. Yaxın günlərdə isə, Wifi üzərindən zəng xidmətini dəstəkləyən VoWifi və bir sıra yeni məhsulumuzu abunəçilərimizin ixtiyarına verməyi planlaşdırırıq" - deyə “Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Şuşa mağazasının açılışı zamanı qeyd edib.

Şuşa şəhərinin İstiqlaliyyət küçəsində yerləşən yeni “Bakcell” mağazası ziyarətçilərə tam yeni brend təcrübəsi yaşadacaq bir məkandır. Burada abunəçilər ehtiyacları olan ənənəvi xidmətlərlə yanaşı, “Bakcell”in yeni xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsullar haqqında məlumat əldə edə bilərlər. Mağazada əməliyyatları keyfiyyətli şəkildə və sürətlə həyata keçirməyi təmin edən növbəli keçid sistemi və elektron guşə də yerləşdirilib.

Xatırladaq ki, “Bakcell” ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE, eSİM və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.

Tarix
2024.06.28 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla