Yuxarı

Nazir onu özünə müşavir təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seyfəlpaşa Əliyev ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.

S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Tarix
2024.07.03 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı

General-polkovnik istefaya getdi, yeni komandan o oldu

Əliyev Ərdoğana demişdi, bu gün etdi - Video

İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi

İlham Əliyev Ərsin Tatarla görüşdü

Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq

ABŞ senatoru: Sülh tez imzalanmalıdır!

Prezident Kubanıçbek Ömüralıyevi qəbul etdi

Ərdoğana Almaniyaya getməsini Əliyev təklif edib

Azərbaycandan ATƏT PA-ya seçkilərlə bağlı təklif

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla