Yuxarı

Müəllim maaşı ikiqat artsa, nə dəyişəcək? - Sabiq nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərdə müəllimə, şagirdə, təlim-tərbiyəyə yaraşmayan halların yaşanması məyusedici vəziyyətdir. Bu hallar sosial mediada daha geniş yayılaraq, təhsilə hörməti aşağı salır.

Axar.az xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.

O bildirib ki, cəmiyyətdə müəllimə münasibət dəyişib:

“Daha çox vəzifədə olan adamlar müəllim peşəsi ilə digər peşələri fərqləndirmirlər. Ancaq bu, belə deyil. Əsl müəllim mühazirəsinə 3-4 gün artist kimi güzgünün qarşısında hazırlaşmalıdır. Onun əməyi auditoriyada keçirdiyi saatlardan daha çox evdə peşəsinə etdiyi yatırımıdır. Bu keyfiyyətlərə sahib ola bilməyən müəllimin nə valideynlər, nə də cəmiyyət qarşısında hörməti olacaq. Onun nüfuzunun qalxması, yaxud düşməsinin əsas səbəbkarı elə müəllimin özüdür. Müəllim açıq deməlidir ki, sənin uşağın burada idi, mən onu addım-addım buraya gətirdim. Bizim cəmiyyətdə peşəsinin vurğunu olan insana həmişə tələbat və hörmət olub”.

O, müəllimlərin maaşının yüksəksəldilməsi məsələsinə də toxunub:

“Müəllimin maaşının yüksək olması yerində edilən bir tələbdir. Ancaq əmin deyiləm ki, müəllimin maaşı 2 dəfə artsa, keyfiyyətinə bir o qədər təsir edəcək. Elə sahələr olub ki, maaşların bir neçə dəfə artmasına baxmayaraq, nəticə elə həminki olub”.

Tarix
2024.07.17 / 12:46
Müəllif
Aytac Araz
Digər xəbərlər

Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərdə - Foto

Simonyan müharibə barədə: Ayağına yıxılmağa adam axtarırdım...

Heydər Əliyev siyasi irsinin təməl sütunları

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında...

Bayramovdan qəzaya düşən AZAL təyyarəsi ilə bağlı açıqlama

Bayramovdan sülh açıqlaması: Bakının gözləntiləri var

Ordumuz atəşə tutuldu

Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu

İlham Əliyev Kəngərlidə sakinlərlə görüşdü

Erməni əsgər postda Azərbaycan əsgərinə qarşı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla