Yuxarı

Makron Kiyevdə elan etdi: 3 ildir heyranedici cəsarətlə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Kiyevdə elan etdi: 3 ildir heyranedici cəsarətlə...

Ukraynada ədalətli və uzunmüddətli sülh tam və qeyd-şərtsiz atəşkəslə başlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.

“Kiyevə qayıtdıqda ilk fikrim ukraynalılar haqqında oldu. Siz artıq üç ildən çoxdur ki, heyranedicı cəsarətlə müqavimət göstərirsiniz. Öz torpağınız, azadlığınız və Avropa üçün. Bəli, qitəmizin təhlükəsizliyi məhz bu mübarizədən keçir. Bağlanacaq sülh sazişi təhlükəsizliyə təminat verməlidir. Parisdə, Londonda və bu gün Kiyevdə keçirilən görüşlərdə biz bunun üzərində işləmişik. Biz birlikdə irəliləyirik”, - Makron vurğulayıb.

Fransa prezidenti əlavə edib ki, Rusiya təcavüzü qarşısında cavab kollektiv olmalıdır. Məhz bu səbəbdən o, Kiyevə səfərini Almaniya, Polşa və Böyük Britaniya liderləri ilə birlikdə həyata keçirib.

E.Makron bildirib ki, Ukrayna paytaxtına üç əsas mesajla gəlib:

“Ədalətli və davamlı sülh tam və qeyd-şərtsiz atəşkəslə başlayır. Bu, ABŞ-la birlikdə irəli sürdüyümüz təklifdir. Ukrayna bu təklifi 11 martda qəbul etdi. Rusiya isə tərəddüd edir, şərtlər irəli sürür, vaxt uzadır və işğalçı müharibəsini davam etdirir”.

Onun sözlərinə görə, əgər Moskva sülh təşəbbüsünü əngəlləməyə davam edərsə, Avropa ölkələri ABŞ-la sıx koordinasiyada Rusiyaya təzyiqləri artıracaq.

Qeyd edək ki, 10 mayda Ukrayna paytaxtına Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşa Baş naziri Donald Tusk səfər ediblər.

Tarix
2025.05.10 / 15:32
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla