Yuxarı

Simonyan müharibə barədə: Ayağına yıxılmağa adam axtarırdım...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan müharibə barədə: Ayağına yıxılmağa adam axtarırdım...

Azərbaycanla 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanda vətəndaş müharibəsinin başlayacağını düşünürdük.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker 10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktının imzalandığı gecəni özü və ölkəsi üçün cəhənnəm kimi xarakterizə edib:

“2020-ci il noyabrın 9-da (10-na keçən gecə) cəhənnəmdəydik. O günlərdə Rusiyada idim, öz-özümə deyirdim, gedib kimin ayağına yıxılım ki, müharibə dayansın.

Noyabrın 8-də oteldəydim, öyrəndim ki, artıq bir mətn (10 noyabr bəyanatı) müzakirə olunur, sonra telefonu açıb baxdım - taleyüklü gecə... Sonra eşitdim ki, Ararat (xarici işlər naziri Mirzoyan) öldürülüb, sonra heç vaxt siyasətlə məşğul olmayan dostlarımdan biri zəng edib söylədi ki, qardaş, oteldən çıx, təhlükəsiz deyil, maşın göndərirəm.

Sonra məlumat gəldi ki, evimə hücum ediblər, dostlarım arxamca gəldi, gecə gec saatlarda başqa otelə getdik, yolda baş nazirin çıxışını dinlədim, Araratın sağ olduğunu öyrəndim.

Moskvada dostlarım qəfil hücuma məruz qalacağım ehtimalına görə mənə silah vermişdilər, (ermənilər tərəfindən Nikol Paşinyan hökumətinə qarşı) qisas çağırışları səslənirdi, amma o an başqa şey haqqında düşünürdüm, fikirləşirdim ki, vətəndaş müharibəsi başlaya bilər, ölkəni itirə bilərik. Həmin an o fikirdə idim”.

Xatırladaq ki, 10 noyabr bəyanatının imzalanmasından sonra İrəvanda kütləvi etiraz aksiyaları baş verib. Parlamentə basqın edən etirazçılar o vaxtkı spiker Ararat Mirzoyanı döyüblər. Paytaxtdakı gərginlik səhər saatlarında təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sakitləşdirilib.

Tarix
2025.05.10 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla