Yuxarı

Azərbaycanlı futbolçu 25 yaşında karyerasını bitirdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı futbolçu 25 yaşında karyerasını bitirdi - Foto

Bir neçə ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçu Nazim Məmmədzadə karyerasını erkən başa vurub.

Axar.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Son olaraq Maldiv adalarının "Maziya" klubunda çıxış edən futbolçu "Zirə"də çalışacağını bildirib:

"Maziya" ilə müqaviləm başa çatmışdı. Bakıya qayıtdım və "Zirə"də yeni yaradılan Skautinq Departamentinin rəhbəri Eltun Yaqublu ilə danışdıq. Mənə çox maraqlı iş kimi gəldi. Həmin departamentdə çalışacam. Həm futbolun içində olursan, həm də Rəşad Sadıqov, Eltun Yaqublu kimi insanların yanında çox şey öyrənmək olar. Ona görə də bu təklifi qəbul etdim".

O, 25 yaşında karyerasını bitirmək qərarını isə belə izah edib:

"Artıq 25 yaşım var. Yerli klublardan yalnız 1-ci liqa təmsilçilərindən təkliflər var idi. Ölkə xaricinə isə getmək istəmirdim. Ona görə də artıq karyeramı bitirmək qərarına gəldim".

Qeyd edək ki, N.Məmmədzadə İspaniya və Polşanın aşağı liqa klubları, Şimali Makedoniya, Latviya və Qırğızıstanda isə elita təmsilçilərində çıxış edib. O, Azərbaycanın U-21 millisinə də dəvət alıb.

Tarix
2026.06.29 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla