Yuxarı

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Qırğızıstan Prezidenti Sadır Japarov Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsinin türk xalqlarının intellektual, mədəni və siyasi birliyinin formalaşmasında tarixi dönüş nöqtəsi olduğunu bildirib.

Axar.az xəbər verir ki, Prezident Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində səsləndirilən müraciətində, həmçinin qeyd olunub:

“100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay “Dildə, fikirdə, işdə birlik” şüarı altında türk xalqlarının gələcəyini müəyyənləşdirən, türk dünyasının intellektual dirçəlişinin əsasını qoyan mühüm tarixi hadisə olub. Qurultayın 100 illiyi türk dünyasının intellektual, mədəni və siyasi inteqrasiyasının əsrlik yolunun mühüm mərhələsi kimi dəyərləndirilə bilər”.

Müraciətdə, eyni zamanda, vurğulanıb ki, mürəkkəb siyasi şəraitə baxmayaraq, Qurultayda türk dilləri, terminologiya, orfoqrafiya, eləcə də ərəb qrafikasından latın əlifbasına keçid məsələləri ətrafında geniş müzakirələr aparılıb. Qeyd edilib ki, həmin forum təkcə alimlərin toplantısı deyil, müxtəlif siyasi və coğrafi səbəblərlə bir-birindən ayrı düşmüş türk xalqlarının qarşılıqlı anlaşmaya, həmrəyliyə və qardaşlığa doğru atdığı tarixi addım olub.

Müraciətdə bildirilib ki, Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur və türk xalqları arasında elmi, mədəni, humanitar və strateji əməkdaşlığın inkişafı üçün mühüm istiqamət rolunu oynayır.

Tarix
2026.06.29 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla