Yuxarı

Şuşada zəlzələ sensorları yerləşdirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada zəlzələ sensorları yerləşdirildi - Video

Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub.

Axar.az Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsinə (AFAD) istinadən xəbər verir ki, quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir.

Bildirilib ki, sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.

Bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək.

Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.

Tarix
2024.07.25 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla