Yuxarı

Yanacaq məntəqələrinin istismarı dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanacaq məntəqələrinin istismarı dayandırıldı - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Hunanlar, Abulbəyli, Düz Qırıqlı, Yuxarı Öysüzlü, Qəribli, Çatak Pələkli və Alakol kəndlərində yerləşən Valeh MMC-yə məxsus yanacaqdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb:

"Belə ki, yanacaqdoldurma məntəqələrində istismar olunan yanacaqsaxlama çənlərinin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı, elektrik avadanlıqları və qurğularının metal hissələrinin torpaqlanmadığı və müvafiq icazə sənədləri olmadan qeyri-qanuni quraşdırıldığı müəyyən edilib".

Məlumatda qeyd edilib ki, aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqələrin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib:

"Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib".

Tarix
2024.08.06 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla